Yeniliklər

Ana səhifə » Yeniliklər » Qaz filtrləri və onların əhəmiyyəti

Qaz filtrləri və onların əhəmiyyəti

Bugünkü sənayə sistemində sənaye avadanlıqları havaya müxtəlif hissəciklər buraxır ki, bu da insan sağlamlığına mənfi təsir göstərir.
Bunun qarşısını almaq məqsədilə müxtəlif növ qaz filtrasiya sistemlərindən istifadə edilir.

Qaz filtrləri nədir?

Qaz fitrləri toz, bərk hissəciklər, kimyəvi birləşmələr və digər çirkləndiricilərdən qaz axınlarını təmizləyən vacib avadanlıqlardandır.

Qaz fitrlərinin əsas faydaları nədən ibarətdir?

Səmərəliyin artırılması - Keyfiyyətli qaz filtrlərindən istifadə etməklə avadanlıqların tıxanmasının qarşısını alınır və bu da öz növbəsində sabit təzyiqi qoruyaraq əlavə enerji istifadəsinin qarşısı alır. Bununla yanaşı çirklərdən təmizlənmiş qaz axını sistemin etibarlığını artırır və əlavə təmir xərcləri kifayət qədər azalmış olur.
Avadanlıqların qorunması - Qaz filtrasiya sistemi yalnızca havanın çirklənməsinin qarşısını almır, eyni zamanda turbinlər, qazanlar, qazla işləyən digər avadanlıqların qorunmasını təmin edir. Çünki gözlə görünməyəcək qədər kiçik hissəciklər belə avadanlıqları tıxayaraq qaz axınının pozulmasına və avadanlıqların zədələnməsinə səbəb ola bilər.
Təmiz təbii qazın təmini - Təbii qaz adətən su buxarı, karbohidrogenlər və kükürd kimi korroziyalı birləşmələrdən ibarətdir. Fitrlər qazı bu zərərli birləşmələrdən təmizləyərək infrastrukturu qoruyur və müştəriləri təmiz təbii qazla təmin edir.
Tənzimləyici uyğunluq - Qaz təchizatları ciddi keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməlidir. Məsələn qazın tərkibində olan kükürd qaz borularının zamanla aşınmasına səbəb olur. Filtrlər bu cür təhlükəsizlik riskləri yaradan maddələri və hissəcikləri təmizləməklə standartların tələblərinə cavab verməyə kömək edir.

Qaz fitrlərinin baxımı nə üçün önəmlidir?

Digər qaz avadanlıqlarının uzunömürlüyünün qorunmasında böyük əhəmiyyət kəsb edən qaz fitrlərinin də xüsusi baxıma ehtiyacı vardır.
Çünki uzun müddət istifadə edilmiş fitrlər zamanla çirklənir və qaz axınlarına ilişib qalan hissəcikləri buraxaraq avadanlığa daha çox zərər verə bilir.
Qaz fitrlərinin müntəzəm olaraq təmiri və ya dəyişdirilməsi digər avadanlıqlara düşən yükü azaltmış olur.
Vaxtında edilmiş texniki xidmət gələcəkdə yarana biləcək təhlükələrin və əlavə xərclərin qarşısını alır.

Qaz fitrlərinin növləri hansılardır?

Digər avadanlıqlarda olduğu kimi qaz fitrlərinin də tətbiqi sahəsinə görə müxtəlif növləri var:
Koaleskinq Filtrlər - Bu fitrlər yağ, su və digər buxarlar kimi hissəcikləri qaz axınından təmizləmək üçün istifadə olunur. Koaleskasiya prosesi zamanı kiçik damcılar daha böyük damcılara birləşərək tutulur. Bu növ fitrlər 0.1 mikrondan daha kiçik hissəcikləri belə təmizləyərək yüksək təmizlik keyfiyyəti təqdim edir.
Təbii qaz filtrləri - Bu filtrlər qaz istifadəyə hazır olmazdan əvvəl bərk, maye və ya buxar halında olan çirkləndiriciləri təmizləmək üçün xüsusi olaraq hazırlanmışdır.
Xətti Qaz Filtrləri - Bu növ filtrlər birbaşa olaraq maye və qaz xəttinə quraşdırılır. Xətti qaz fitrləri əsasən yanacaq sistemləri və avtomobil mühərrikləri üçün istifadə edilir. Onlar liflər, lil və metallar kimi maddələri qaz və yağ axınlarından təmizləyirlər.
Tee Tipli Qaz Filtrləri - Bu filtrlər T konfiqurasiyalı üçbucaq fitrlər kimi tanınırlar. Bu fitrlər sənaye prosesləri, hidravlik sistemlər və suyun təmizlənməsində istifadə olunurlar.
Oksigen Filtrləri - Oksigen fitrləri alovlanmaya səbəb ola biləcək hissəcikləri təmizləyirlər. Məhz yüksək alovlanma riskinə qarşı yanmaz materialdan hazırlanırlar. Bu növ fitrlər təmiz oksigenin istifadə edildiyi tibbi laboratoriyalar, aerokosmik və lazer kəsmə tətbiqləri kimi əməliyyatların olduğu yerlərdə istifadə edilir.

Nəticə

Nəticə olaraq deyə bilərik ki, qaz filtr sistemləri qaz sisteminin düzgün və təhlükəsiz işləməsini təmin edən ən əsas avadanlıqlardandır.

Qaz filtrləri haqqında ümumi məlumatlı olmaq, onların faydaları, növləri və işləmə prinsiplərini bilmək düzgün seçim etməyə və sistemin daha stabil işləməsini təmin etməyə imkan verir.
Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Referanslar